Bakıda yenilik - Hər kəs yeni quraşdırlan aparatdan borca pul götürür - FOTO

12:44 - 22.11.2019


22 noyabr, Fineko/abc.az. Bakıda bir neçə yerdə "Azpulmat" aparatları quraşdırılıb. Sözügedən aparatla istənilən şəxs şəxsiyyət vəsiqəsini aparata daxil etməklə, həmçinin barmağını aparata tutmaqla barmaq izi ilə borca pul almaq olur.

 ABC.AZ xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb. Aparatdan borc kimi götürülən pulun məbləği də açıqlanıb. Belə ki, hər bir şəxs aparatdan yalnız 20 manat həcmində pul götürə bilər. Vəsait daha sonra 5 gün ərzində qaytarılır. Pul qaytarılarkən müştəridən buna görə 1 faiz pul tutulur.

Müəllif: Elmir Murad

 


Bütün xəbərlər