Bu ölkə Azərbaycana 5 milyard dollarlıq sərmayə qoyub – İqtisadiyyat

15:08 - 22.11.2019


22 noyabr, Fineko/abc.az. Rusiyanın bu vaxtadək Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyanın həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya qoyub.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada keçirilən Rusiya-Azərbaycan Regionlararası İqtisadi Forumundakı çıxışında deyib. Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı ilə yanaşı, Azərbaycan sərməyadərları bu ölkədə lokal istehsala investisiyalar qoyur. M.Cabbarov Azərbaycanın Rusiya iqtisadiyyatına qoyduğu investisiyaların da həcminə toxunaraq, bildirib ki, ölkəmiz adıçəkilən ölkəyə 1 milyard 200 milyon dollar investisiya yatırıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər