On ayda ictimai iaşə dövriyyəsi 5,7 faiz artıb

15:34 - 22.11.2019


22 noyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,7 faiz artaraq 1 milyard 251,5 milyon manat təşkil edib.

Qeyd olunur ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,2 faizi hüquqi şəxslərin, 57,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə keçən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq 522,8 milyon manat olub.

 

Bütün xəbərlər