İpoteka və Kredit Zəmanəti Fondunun hərracı keçiriləcək – 20 milyon manatlıq

17:19 - 22.11.2019


22 noyabr, Fineko/abc.az. Noyabrın 28-də Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanəti Fondu ASC – nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

ABC.AZ xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. ISIN kodu AZ2041008684 olan qiymətli kağızın emissiya həcmi 20 milyon manat, nominal qiyməti 1000 manat, hərrac qiyməti 1010,7499 AZN, istiqrazların tədavül müddəti 23 il, faiz dərəcəsi 3 %, faiz gəlirinin ödəniş müddəti 6 aydan bir (180 gün) və anderrayter BTB-Kapital İŞ ASC-dir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər