Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə “Maliyyə bazarları” mövzusunda təlim keçirildi

16:09 - 19.12.2017


Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Təlim və Maarifləndirmə Mərkəzinin təşkilatçılığı ilə Lüksemburqun ATTF Təlim Mərkəzi tərəfindən “Maliyyə bazarları” mövzusunda təlim keçirildi.

Maliyyə Bazarlarının Modernləşdirilməsi Layihəsi (CMMP) çərçivəsində keçirilən tədbirdə ATTF Təlim Mərkəzinin eksperti Mark Venda tərəfindən səhm, istiqraz, valyuta və əmtəə bazarları, törəmə maliyyə alətləri və onların istifadəsi zamanı risklərin idarə edilməsi mövzuları üzrə beynəlxalq təcrübə və yeniliklər barədə ətraflı məlumatlar təqdim edildi. Təcrübə və diskussiyalarla zəngin olan təlimdə 17 bank nümayəndəsi və Palatanın əməkdaşları iştirak etdilər.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının ATTF Təlim Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində gələcəkdə də maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılır.

 

 

Bütün xəbərlər