İcbari Tibbi Sığorta yanvarın 1-dən tətbiq olunmayacaq – Qrafik və bəzi qaydalar dəyişdi

10:42 - 25.11.2019


25 noyabr, Fineko/abc.az. Artıq bir müddətdir ki, gələn ilin yanvarın 1-dən tətbiq olunacağı gözlənilən icbari tibbi sığortanın ölkədə tətbiqi ilə bağlı əvvəlcədən açıqlanan qrafik və sığorta ilə əlaqədar bəzi qaydalar dəyişib.

ABC.AZ xəbər verir ki, bunu İcbari Tibbi Sığorta Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev açıqlayıb.

O, əsas yeniliklərdən danışaraq bildiriub ki, ölkədə icbari tibbi sığortanın tətbiqi birdən-birə bütün ölkə üzrə deyil, mərhələ-mərhələ başlanacaq. “Bu məqsədlə ölkə ərazisi şərti olaraq 4 hissəyə bölünəcək” deyə Agentlik sərdi vurğulayıb. Onun sözlərinə görə, yanvarın 1-dən tətbiq ediləcək icbari tibbi sığorta əvvəlcə ölkənin şimal bölgəsinin 20 rayonundan başlayacaq və hər 3 aydan bir digər rayonlar da qoşulacaq: “İcbari tibbi sığortanın yanvarın 1-dən etibarən Azərbaycanın şimal bölgəsində başlanmasını təklif edirik. Şimal bölgəsinə 20 rayon daxildir. Bundan 3 ay sonra, yəni aprelin 1-dən etibarən bu prosesə ölkənin qərb bölgəsindəki rayonlar qoşulacaq, söhbət daha 17 rayondan gedir. 3-cü rübdən etibarən bu prosesə cənub bölgəsindəki 14 rayon qoşulacaq. 4-cü rübdən isə bu prosesə Bakı və Sumqayıt rayonları da qoşulacaq. Nəticədə 2020-ci ilin sonunadək bütün ölkə əhalisi tibbi sığortadan yararlana biləcək".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər