Səbail rayonunun bir sıra qəsəbələrində su olmayacaq

10:52 - 25.11.2019


25 noyabr, Fineko/abc.az. Torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb.

Bu barədə “Azərsu” ASC məlumat yayıb.

Qeyd olunur ki, su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

 

Bütün xəbərlər