Dəmir yolu nəqliyyatı ilə 6 milyon 141 min 59 ton yük daşınıb 10 AYDA

11:35 - 25.11.2019


25 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında dəmir yolu nəqliyyatı ilə 6 milyon 141 min 59 ton yük daşınıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən yüklərin dəyəri 2 milyard 584 milyon 922 min ABŞ dolları olub. Komitədən verilən məlumata görə, 10 ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 851 min 889 ton yükün dəyəri 568 milyon 826 min dollar təşkil edib.

Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 4 milyon 289 min 170 ton, dəyəri isə 2 milyard 16 milyon 95 min dollar olub.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər