“AzTelekom” MMC avtomaşın alır - Tender

12:53 - 25.11.2019


25 noyabr, Fineko/abc.az. “AzTelekom” MMC 6 ədəd UAZ-390945-520 tipli avtomaşın alıması üzrə tender keçirir. Tenderdə iştirak haqqı 300 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 16 dekabr 2019-cu il saat 11.00-a , tender təklifini isə 25 dekabr 2019-cu il saat 11.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az   vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 25 dekabr 2019-cu il saat 11.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 25.11.2019 11:00 tarixindən sonra əldə etmək olar.

Əlaqələndirici şəxs: Faiq Mustafayev

Telefon : (994 12) 344 00 00

 

Bütün xəbərlər