Azərbaycanda daha bir sənaye parkı yaradılır - Çinin dəstəyi ilə

13:59 - 25.11.2019


25 noyabr, Fineko/abc.az. "Azərbaycan-Çin Aqrar-sənaye parkının yaradılması üçün hazırda ərazinin müəyyən edilməsi ilə bağlı araşdırmalar aparılır".

ABC.AZ xəbər verir ki, bunu mətbuata açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, hazırda parkın yerləşəcəyi bir neçə region nəzərdən keçirilir, infrastruktur, regionun potensialının inkişaf etdirilməsi baxımından əlverişli olması ilə bağlı məsələlərə baxılır: “Ərazi seçildikdən sonra artıq işlər daha konkret müstəvidə aparılacaq. Çin tərəfi və biz çalışırıq ki, işləri maksimum ətraflı dəyərləndirək".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər