İpoteka ödənişlərinizi “ASAN ödəniş”-dən də edə biləcəksiz – Bu gündən

14:14 - 25.11.2019


25 noyabr, Fineko/abc.az. Bu gündən etibarən İpoteka və Kredit Zəmanət Fondunun (Fond) vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə annuitet, sığorta və ipoteka kreditlərinə verilmiş zəmanət haqlarının ödənişlərinin Hökumət Ödəniş Portalı (www.gpp.az) ilə yanaşı, “ASAN ödəniş” sistemi vasitəsi ilə də aparmaq mümkün olacaq.

Fonddan ABC.AZ-a daxil olan məlumata görə, sistemin tətbiqi ödənişlərin real vaxt rejimində www.asanpay.az portalı və “ASAN Pay” mobil əlavəsi  ilə yanaşı, bu sistemə inteqrasiya edilmiş qabaqcıl ödəniş portalları  və 10 mindən artıq ödəniş terminalları vasitəsilə həyata keçirilməsinə şərait yaradacaq.

Qeyd edək ki, Fond ölkədə ipoteka kreditləşməsi mexanizminin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi və ipoteka kreditlərindən faydalanan şəxslərə xidmət səviyyəsinin yüksəldilməsi, informasiya texnologiyalarının geniş tətbiqinin reallaşdırılması məqsədilə ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər