Vergi ödəyiciləri artıb ya azalıb? - HESABAT

15:39 - 25.11.2019


25 noyabr, Fineko/abc.az. 2019-cu il noyabrın 1-i tarixinə ölkə üzrə uçotda olan 1.051.624 vergi ödəyicisinin 13,2 faizi hüquqi şəxs və digər təşkilatların payına düşür.

Hüquqi qurum şəklində uçotda olan vergi ödəyicilərinin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artıb və bunun 99,3 faizi kommersiya qurumlarının sayının artması hesabına baş verib.

ABC.AZ xəbər verir ki, bu ilin oktyabr ayında 1.832 kommersiya qurumu qeydiyyata alınıb və bu da ötən ilin oktyabr ayına nisbətən 65,5 faiz çoxdur. Kommersiya qurumlarının 71,3 faizi elektron qeydiyyata alınıb. Hazırda qeydiyyatda olan kommersiya qurumlarının 84,8 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,5 faizi isə səhmdar cəmiyyəti formasında təşkil olunub.

Hesabat dövründə 67.380 kommersiya qurumunun və ya ümumi kommersiya qurumlarının 54,7 faizinin vəziyyəti aktiv olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artım deməkdir. 2018-ci ilin 10 ayı ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 35,5 faiz artaraq 32.820 təşkil edib və aktiv ƏDV ödəyicilərinin sayı 19.744-ə çatıb. Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 36,5 faiz artıb və onların xüsusi çəkisi 2,6 faiz çox olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər