Bu şirkət nizamnamə kapitalını azaldır – 1 min dollar

16:57 - 25.11.2019


25 noyabr, Fineko/abc.az.  "Hcl Technologies Azerbaijan" MMC nizamnamə kapitalını azaldacaq.

ABC.AZ xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin elanında qeyd olunub.

Belə ki, şirkət kreditorları “HCL TECHNOLOGIES AZERBAIJAN” MMC-nin (VÖEN: 1404876901) təsisçiləri 25.11.2019-ci il tarixdə Cəmiyyətin nizamnamə kapitalının 300 min ABŞ dolları məbləğindən 1000 ABŞ dolları məbləğinə azaldılmasına dair qərar qəbul edib.

 Bununla bağlı olaraq, “HCL TECHNOLOGIES AZERBAIJAN” MMC-nin kreditorları bu məlumatın dərc edildiyi gündən 30 gün ərzində öz tələblərini AZ1025, Bakı şəhəri, Xətai rayonu, Nobel Prospekti 15, Azure Business Center, mərtəbə 15, ofis 98 ünvanında həftənin iş günləri, Bazar ertəsindən Cüməyədək, saat 10:00-dan 18:00-dək irəli sürə bilərlər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər