Smilecard-ın əsl vaxtıdır!

17:12 - 25.11.2019


25 noyabr, Fineko/abc.az.  Noyabr ayı alış-veriş etmək istəyənlər üçün əlverişli vaxtdır, çünki bu arada bir çox satış mərkəzlərində endirim və bonus kampaniyaları təklif edilir.

Bu fürsətdən daha da səmərəli istifadə etmək üçün Expressbank 4000 AZN-dək faizsiz Smilecard taksit kartı təklif edir. İstər mağazada, istər online alış-veriş edərək, xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür və bank komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir. İllik faiz dərəcəsi isə 0%- dır. Həmçinin, Smilecard-la pos-terminalda ödəniş zamanı müştərilər 30%-dək cashback qazanırlar.

Smilecard-ın təqdim etdiyi imkanlar bununla bitmir. Belə ki, müştərilər tərəfdaş mağazalardan  istədikləri məhsulu nağd qiymətə əldə edib daha sonra əlavə heç bir komissiya və faiz ödəmədən müvafiq aylara bölərək hissə- hissə banka geri ödəmə imkanını əldə edir. Tərəfdaş siyahısı ilə tanış olmaq üçün linkə keçid ala bilərsiniz  https://www.expressbank.az/cards/smilecard).

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressabank”ın ölkə ərazisində  15 filialı mövcuddur.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az  saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Bütün xəbərlər