Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb

16:33 - 19.12.2017


19 dekabr, Fineko/abc.az. Dekabrın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında deyilir: “Görüş zamanı qoşunların təmas xəttindəki mövcud vəziyyəti, monitorinqin nəticələri və münaqişənin həlli ilə bağlı fikir mübadiləsi aparılıb”.

 

Bütün xəbərlər