Azərbaycanda dövlət turizm reyestrinin işə başlaması 2018-ci ildən tez gözlənilmir

12:21 - 5.10.2017


Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi turizm fəaliyyətinin tənzimlənməsi üçün yeni mexanizm  hazırlayıb.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dediyinə əsasən, turizm fəaliyyətinin lisenziyalaşdırılmasının ləğv edilməsi, ölkədə dövlət tənzimləmə mexanizminin yoxluğuna gətirib çıxarıb.

Nazir qeyd edib: “Bununla bağlı, bazarda, qeyri-peşəkar xidmətlər göstərən xeyli sayda şəxs və şirkət peyda olmuşdur. Biz buna yol verməməliyik. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, bu prosesin tənzimlənməsi məqsədi ilə dövlət turizm reyestrini işə salacaq. Həmin reyestr, Parlamentdə iki oxunuşdan keçmiş “Turizm haqqında” yeni qanun layihəsinin qüvvəyə minməsi ilə fəaliyyətə başlayacaq”.

Gözlənilir ki, “Turizm haqqında”  qanun layihəsi ölkə parlamentinin payız sessiyası gedişatında təsdiq ediləcək.

Bütün xəbərlər