Bakıda forum keçirilir - Elektron ticarətlə bağlı

11:17 - 26.11.2019


26 noyabr, Fineko/abc.az. Bakıda "World E-Commerce Eurasia 2019 Baku Forum"u keçirilir.

ABC.AZ xəbər verir ki, "StartupFest 2019" çərçivəsində "My Broker" gömrük təmsilçiliyi və "İnnoland"in birgə təşkil etdiyi beynəlxalq praktik forumun məqsədi Azərbaycanda və regionda e-ticarət infrastrukturunun inkişafı, bu mövzuda əlaqələrin genişləndirilməsi, həmçinin bu sahəyə startupların marağının artırılması və bu sahədə fəaliyyət göstərən startaplara dəstəyin verilməsidir. Forumun əsas mövzuları elektron ticarət və əsasən də elektron ixracla bağlı yerli istehsalçılara və biznes subyektlərinə dünyada son tətbiqlər, trendlər və praktik həllər kimi aktual məsələlər barədə məlumat vermək, yerli sahibkarları müasur trendlərə təşviq etməkdir.

Forumun əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər