330x110
 

Hüquqi şəxslərin cəmi depozitləri ilin əvvəli ilə müqayisədə artıb – 10 faizə yaxın

26.11.2019,15:59


26 noyabr, Fineko/abc.az. 31 oktyabr 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 31 milyon 368 min manat, cəmi öhdəlikləri isə 26 milyon 634 min manat təşkil edib. Sektorun balans kapitalı 4  milyon 734 min manat olub.

ABC.AZ xəbər verir ki, bu Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı 2019-cu ilin oktyabr ayı üzrə bank sektorunun icmal göstəricilərində qeyd olunub.

Göstəricilərə əsasən, oktyabr ayına sektorun aktivlərinin 44.9%-ni kredit portfeli təşkil edib. Ay ərzində kredit portfeli 1.5% (202.8 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 14,075.0 milyon manat olub. Sözügedən tarixdə fiziki şəxslərin əmanətləri 8 milyon 697 min manat təşkil edib. Oktyabr ayında fiziki şəxslərin əmanət portfeli 2.4% (206.3 mln. manat) artıb. Artım əsasən tələbli depozitlər hesabına baş verib. Belə ki, ay ərzində tələbli depozitlər 5.5% (165.1 mln. manat) çoxalıb. Hüquqi şəxslərin cəmi depozitləri avqust ayında 2.0% (234.7 mln. manat) azalaraq 11 milyon 336 min manat təşkil edib. Ay ərzində hüquqi şəxslərin müddətli depozitləri 5.6% (152.0 mln. manat) azalaraq 2 milyon 548 min manat olub.

Qeyd edək ki, hüquqi şəxslərin cəmi depozitləri ilin əvvəli ilə müqayisədə 9.9% (1025.2 mln. manat) artıb.

Müəllif: Elmir Murad