Ötən ay bank sektorunda faiz gəlirləri artıb – HESABAT

16:00 - 26.11.2019


26 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin oktyabr ayı üzrə bank sektorunun icmal göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, sektorun balans kapitalı sözügedən dövrdə 1.0% (45.5 mln. manat) artaraq 4 milyon 734 min manat təşkil edib. Mənfəət və zərərə gəlincə ötən ayda bankların əməliyyat mənfəəti 723 milyon 600 min manat, xalis mənfəəti isə 572 milyon 900 min manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.2%, kreditlər üzrə faiz gəlirləri isə 14.3% artıb.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 30 bankın filiallarının sayı 515, şöbələrinin sayı 130, ATM-lərin sayı     2,612 olub. Bank  sektorunun  işçi  heyətinin sayında artım oktyabr ayında da davam edib. Belə ki, 2019-cu ilin oktyabr ayında işçi sayı 1.0% (197 nəfər) artaraq 19,108  nəfər təşkil edib.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər