Daha bir hərrac keçirildi – 15 milyon manat həcmində

17:21 - 26.11.2019


26 noyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə daha bir hərrac keçirilib.

ABC.AZ xəbər verir ki, noyabrın 26-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106022756 ISIN-li, 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac baş tutub. Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 94,9646 manat (10.05000%) və 101.3105 AZN (8.0000%) olan 29 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.7837 (8.200%) orta ölçülmüş qiyməti 100.8152 (8.1880%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 78 milyon 963 min 500 manat yerləşdirilib, həcmi isə 15 milyon AZN təşkil edilib.

İstiqrazların ödəmə tarixi  22.11.2022-ci ilə qədərdir.

Hərrac iştirakçıları 27 noyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər