İşləməyənlər üçün icbari tibbi sığorta olmayacaq? - Cavab

10:22 - 27.11.2019


27 noyabr, Fineko/abc.az. Azərbaycanda tətbiqi gözlənilən İcbari Tibbi Sığorta üzrə sığorta haqları dəyişib.

ABC.AZ xəbər verir ki, 2020-ci ildən mərhələli formada tətbiq olunacaq İcbari Tibbi Sığorta üzrə sığorta haqları indiyə qədər elan edildiyindən fərqli olacaq.

Belə ki, indiyədək icbari tibbi sığortaların adam başına120 manat olacağı elan edilmişdisə, bundan sonra işləməyənlər üçün ümumiyyətlə icbari tibbi sığorta nəzərdə tutulmayıb, onların icbari sığortası dövlət hesabına olacaq.

Dövlət sektorundakı şirkətlər işçilərin əmək haqqının 2%-i qədər, özəl sektordakı şirkətlər işçilərin əmək haqqının 1%-i qədər icbari sığorta haqqı ödəyəcəklər.

Mülki müqavilə ilə işləyənlər isə ildə minimum əmək haqqının 48%-i həcmində, yəni 120 manat icbari sığorta haqqı ödəyəcəklər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər