“Bakı Metropoliteni” tender elan edir

10:30 - 27.11.2019


27 noyabr, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC 2020-ci il üçün inzibati binalarında təmizlik işlərinə dair xidmətin göstərilməsinin satın alınması üzrə tender keçirir. Tenderdə iştirak haqqı 300 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 16 dekabr 2019-cu il saat 15.00-a , tender təklifini isə 25 dekabr 2019-cu il saat 15.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az    vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 26 dekabr 2019-cu il saat 15.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Əlaqələndirici şəxs: Rauf Yusifov

Telefon: (994 12)  490-00-00

 

Bütün xəbərlər