Sosial sığorta haqları üzrə daxilolmalar 80 milyon manat proqnozlaşdırılır – Gələn ilə

11:10 - 27.11.2019


27 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2020-ci il üçün büdcəsinin gəlir və xərclərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, Fondun gəlirləri gələn il 4 milyard 825,51 milyon manat proqnozlaşdırılır.

2020-ci ildə həmin sahə üzrə daxilolmaların 58,51 faizinin və ya 1 milyard 985 milyon manatının isə qeyri-büdcə sektorunun payına düşəcəyi proqnoz edilib. Bu da 2019-cı ilin dürüstləşmiş proqnoz göstəricisinə nisbətən 18,52 faiz və ya 310,17 milyon manat çoxdur.

Qeyri-büdcə sektoru üzrə gəlirlər minimum əməkhaqqı artımları, "kölgə iqtisadiyyatı"nın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsində əmək haqlarının ödənilməsi qaydasına nəzarət, ölkə üzrə qeyri-büdcə sahəsinin inkişaf aspektləri və bu sahədə aparılan davamlı islahatların nəticələri hesablanmaqla proqnozlaşdırılıb. Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmaların artımı isə dövlət orqanlarında qulluq keçən işçilərin əmək haqqı artımları nəzərdə tutulmaqla hesablanıb.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar isə 80 milyon manat və ya 2019-ci ilin dürüstləşmiş məbləğinə nisbətən 15,44 faiz artıq olacağı proqnozlaşdırılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər