Azərbaycanda iqtisadiyyat prioritetlərinin dəyişilməsi ilə kütləvi turizmin inkişafı başlanır

12:22 - 5.10.2017


Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ölkə hər il 3-3,5 milyona qədər turist  qəbul edə bilər.

Nazirin dediyinə görə, bu göstəricini, ölkədə turizmin inkişafının istiqamətinin dəyişilməsi hesabına artırmaq mümkün olacaq.

“Ötən illər ərzində turizm biznesinin inkişafının məqsədi, lüks turizmin yüksək standartlarının formalaşmasından ibarət idi, çünki ölkə əsasən energetika proseslərindən asılı idi, bu sənayenin infrastrukturu isə Azərbaycana əsasən biznesmenlərin gəlməsini diktə edirdi. Buna görə də Azərbaycanda beşulduzlu mehmanxanalar yarandı. Hal-hazırda ölkə iqtisadiyyatının maraqları başqa reallıqları diktə edir, buna görə də biz, tədricən kütləvi turizmə keçid alırıq”, - deyərək nazir vurğulayıb.

Onun sözlərinə görə, bunun üçün müəyyən iş yerinə yetirilməlidir: infrastruktur başqa tərzdə inkişaf etməli, xidmət və məhsullar daha əlçatan olmalıdır.

 

Bütün xəbərlər