Daha bir bank böyüyəcəyi mesajını verdi – Açıqlama

11:59 - 27.11.2019


27 noyabr, Fineko/abc.az. Bank BTB yaxın illərdə daha da böyüməyi hədəfləyir.

ABC.AZ xəbər verir ki, bu mesajı Bank “BTB” ASC-nin İdarə Heyətinin Sədri Emil Rzayev bildirib.

Onun sözlərinə görə, Bank BTB olaraq dəyişikliklərə tez reaksiya verməyi, daha rahat üsullarla biznes fəaliyyətimizi genişləndirməyi hədəfləmişik. Bunlarla yanaşı, işlərimizi yeni rəqəmsal həllərin yaradılması və bütün bank xidmətlərinin ölkə üzrə əlçatanlığını təmin etmək istiqamətində qururuq deyən E. Rzayev qeyd edib ki, ilk olaraq, istiqamətimiz müştəri yönümlü proseslərin sadələşdirilməsindən ibarət olacaq: “Çünki, gördüyümüz hər bir işin mərkəzində məhz müştərilərimiz dayanır. Hazırda üzərində çalışdığımız layihələrin yekununda müştərilər filiala gəlmək, növbədə vaxt itirmək, digər növbələrə yönləndirilmək və təkrar filiala dönmək məcburiyyətində qalmayacaqlar. Bankın təklif edəcəyi onlayn xidmətlər vasitəsilə müştərilər kompüter, mobil telefon və s. texniki qurğularla internetə daxil olmaqla, həmçinin, filialda növbəyə yazılmaqla və ya müstəqil şəkildə istədikləri əməliyyatları asanlıqla icra edə biləcəklər”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər