Səfər Mehdiyev "Yaşıl dəhliz"-dən danışdı

14:06 - 27.11.2019


27 noyabr, Fineko/abc.az. "Əgər əvvəllər ölkəyə gətirilən malların gömrük rəsmiləşdirilməsi ilə 5 inspektor məşğul olurdusa, hazırda bu işi 1 inspektor görür".

ABC.AZ xəbər verir ki, bunu mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

O, qeyd edib ki, bu ildən komitənin strukturu Avropa gömrük strukturuna uyğunlaşdırılıb: “Bundan başqa, təmsilçilik institutunda olan bəzi şəxslərin ucbatından bəyannamələrin səhv tərtib olunması sahibkarların haqlı narazılığına səbəb olurdu. Odur ki, Komitə həmin fiziki və hüquqi şəxsləri təlimlərə cəlb edərək bu problemləri həll edir. Yaşıl dəhliz üzrə də işləri davam etdiririk. Onu deyə bilərəm ki, illik xarici iqtisadi fəaliyyətin yalnız 6 milyard dollarlıq hissəsi məhz "Yaşıl dəhliz" iştirakçılarının payına düşür".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər