Güzəştli mənzillərlə bağlı daha bir yenilik – Dekabrda sınaq olacaq

16:11 - 27.11.2019


27 noyabr, Fineko/abc.az. Güzəştli mənzillərlə bağlı satış modulunun və mənzil seçiminin sınaq versiyası istifadəyə verilib.

ABC.AZ xəbər verir ki, Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) istifadəçilərinin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədi ilə bu gündən "Güzəştli mənzil" sisteminin satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyasını istifadəyə verib.

MİDA-dan verilən məlumata görə, bundan sonra "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilərlər. Satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyası dekabrın 24-dək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün saat 2 saatdan bir yenilənərək sıfırlanacaq və mənzillər seçim üçün təkrarən aktivləşdiriləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər