“Azərsu” daha 40 min abunəçinin su təchizatını yaxşılaşdırdı

17:35 - 19.12.2017


19 dekabr, Fineko/abc.az. Azərbaycanın milli su operatoru “Azərsu” ASC Sabirabad rayonunda su təchizatı sisteminin yaxşılaşdırılması üzrə layihəni yekunlaşdırıb.

ASC-nin məlumatında deyildiyi kimi, layihə, dövlət başçısının sərəncamına müvafiq olaraq gerçəkləşdirilib.

“Layihə Sabirabad rayonunun 18 kəndində təxminən 40 min abunəçinin içməli su  ilə təmin edilməsini nəzərdə tutur”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər