“Aqrolizinq” tender elan edir

17:20 - 27.11.2019


27 noyabr, Fineko/abc.az. “Aqrolizinq” ASC tərəfindən 1 ədəd traktor, 1 ədəd ekskavator və 1 ədəd yükləyicinin satınalınması üzrə tender keçirir. Tenderdə iştirak haqqı 1000 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 17 dekabr 2019-cu il saat 11.00-a , tender təklifini isə 26 dekabr 2019-cu il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az    vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 27 dekabr 2019-cu il saat 11.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 27.11.2019 11:39 tarixindən sonra əldə etmək olar.

Əlaqələndirici şəxs: Suqra Məmmədova

Telefon: (994 12) 425-62-18

 

Bütün xəbərlər