Azərbaycanda 3,55 milyondan çox işçi sosial sığorta ilə təmin olunub

19.12.2017,17:56


19 dekabr, Fineko/abc.az. Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda daha 185 663 işçi sosial sığorta ilə təmin edildi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin məlumatında deyilir ki, 1 dekabr 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığorta olunanların sayı 3 559 220 nəfərə çatıb ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 206 237 nəfər və ya 6,15 faiz çoxdur.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemi 2006-cı ildən fəaliyyət göstərir.