Bu gün Azərbaycanın Maliyyə Nazirliyinin 30 milyon manatlıq dövlət qısamüddətli istiqrazları satılıb

17:59 - 19.12.2017


19 dekabr, Fineko/abc.az. Azərbaycanın Maliyyə Nazirliyi bu gün dövlət qısamüddətli istiqrazlarının (DQİ) növbəti yerləşdirilməsini keçirib.

“Bakı Fond Birjası” QSC xəbər verir ki, dekabrın 19-da Maliyyə Nazirliyi AZ0102001630 ISIN-li, manatla nominasiya edilən DQİ satmışdır. İstiqrazlar 30 mln. manat həcmində, 182 gün tədavül müddəti ilə təklif edilmişdir.

Hərrac zamanı 11 investor tərəfindən 26 sifariş təqdim edilmişdir. Sifarişlərin qiymət intervalı 92.4494 AZN (16.4699%) və 96.1843 AZN (7.9998%) olmuşdur. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 78 065 600,00 AZN olmuşdur.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.5082 AZN (14.0000%), orta ölçülmüş qiyməti 94.3455 AZN (12.0861%) müəyyən edilmişdir. Hərrac nəticəsində  istiqrazların yerləşdirilmiş həcmi  30 000 000 AZN  təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi – 19 iyun 2018-ci  il.

Bağlamış əqdlər üzrə hesablaşmalar dekabrın 20-də həyata keçiriləcək.

 

 

Bütün xəbərlər