“Atəşgah” Sığorta Qrupu 9 ayda 57 milyon manat sığorta haqqı toplayıb - Hesabat

12:09 - 28.11.2019


28 noyabr, Fineko/abc.az. “Atəşgah” Sığorta Qrupu 2019-cu ilin yanvar-sentyabr ayları üzrə maliyyə hesabatını təqdim edib.

Şirkətdən ABC.AZ-a verilən məlumata görə, bu ilin ilk doqquz ayı ərzində şirkətin topladığı  sığorta haqlarının ümumi həcmi 57 milyon manat təşkil edib.

“Atəşgah” Sığorta Şirkətinin cari ilin yanvar-sentyabr ayları üzrə sığorta haqlarının həcmi 28 mln. AZN, sığorta ödənişlərinin həcmi isə 15mln. AZN təşkil edib. Şirkətin sözügedən dövrdə daşınmaz əmlakın icbari sığortası növü üzrə topladığı sığorta haqlarının ümumi həcmi 125% artaraq 4,2 mln AZN təşkil edib. Şirkət həmçinin avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) növü üzrə 3,2 mln AZN sığorta haqqı toplayıb ki, bu da  keçən ilin eyni dövrü ilə müqayisədə  44% artım deməkdir. Cari ildə  şirkətin tibbi sığorta üzrə topladığı haqlarının həcmi isə 27% artaraq 5,3 mln. AZN təşkil etdib. “Atəşgah” Sığorta Qrupuna daxil olan digər şirkət “Atəşgah Həyat”-ın isə bu ilin 9 ayı ərzində topladığı sığorta haqları 29 mln. AZN, sığorta ödənişlərinin həcmi isə 9, 1 mln AZN təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər