330x110
 

Kənd təsərrüfatının bir sıra növlərində sığorta ödənişi azalıb - HESABAT

28.11.2019,14:57


28 noyabr, Fineko/abc.az. Kənd təsərrüfatı heyvanların sığortasında ödənişlərə də azalıb.

ABC.AZ Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı yanvar-oktyabr ayı üçün sığorta bazarının göstəricilərinə istinadən xəbər verir ki, sözügedən dövrdə kənd təsərrüfatı heyvanların sığortasında ödənişlər 534,6 min manat olub ki, bu da ötən illə müqayisədə 233,40 min manat və ya 43,65% az deməkdir.

Azalan təkcə kənd təsərrüfatı heyvanların sığortasındakı ödənişlərdə olmayıb, kənd təsərrüfatı bitkilləri məhsullarının sığortası da azalıb. Belə ki, sözügedən dövrdə , kənd təsərrüfatı bitkilləri məhsullarının sığortası 167,7 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 466,10 min manat və ya 3,77 dəfə azdır.

Ödənişlər gəlincə isə qeyd edilən sığorta sinfində 2018-ci ildə 64,4 min manat ödəniş olduğu halda bu il heç bir ödəniş olmayıb.

Müəllif: Elmir Murad