Oktyabr ayında “Azərkosmos” 7,2 milyon dollar dəyərində gəlir əldə edib

15:05 - 28.11.2019


28 noyabr, Fineko/abc.az. Cari ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 37,5  milyon  dolları dəyərində xidmət ixrac edilib.

Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin noyabr sayına istinadla xəbər veirir.

Qeyd olunur ki,  “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 %-ni təşkil edib. 2019-cu ilin oktyabr ayında isə “Azərkosmos” ASC dünyanın 23 ölkəsinə 7,2 milyon dollar dəyərində xidmət ixrac edilib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-oktyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Birləşmiş Krallıq, Malayziya, BƏƏ-dir.

 

Bütün xəbərlər