Noyabrda “Bir Pəncərə” vasitəsi ilə 12 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirilib

15:26 - 28.11.2019


28 noyabr, Fineko/abc.az. Bu ilin noyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 12 milyon dollar olub.
Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin noyabr sayına istinadla xəbər veirir.

Həmçinin bildirilir ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində  “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 130 milyon dollarndan çox  qeyri-neft ixracı həyata keçirilib.

Bütün xəbərlər