Azərbaycan Rusiyaya qeyri-neft ixracını artırıb - 14 faiz

15:43 - 28.11.2019


28 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ixracı 16,8 mlrd. ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 836,5 mln. dollar və ya 5,2 faiz artıb.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, bu müddətdə qeyri-neft sektoru üzrə 1,573 mlrd. dollar dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 10 ayında qeyri-neft sektoru üzrə ixrac 222 mln. dollar və ya 16,4 faiz artıb. Bu ilin yanvar-oktyabr ayları ərzində Rusiyaya 533,9 mln. dollar, Türkiyəyə 324,6 mln. dollar, İsveçrəyə 147,7 mln. dollar, Gürcüstana 131,5 mln. dollar və Ukraynaya 39,8 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub: "2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 10 ayında Rusiyaya qeyri-neft ixracı 14 faiz, Türkiyəyə 10 faiz, İsveçrəyə 29 faiz, Gürcüstana 23 faiz və Ukraynaya 38 faiz artıb".

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər