330x110
 

YAP Milli Məclisin buraxılması üçün Prezidentə müraciət etdi

28.11.2019,15:59


28 noyabr, Fineko/abc.az. Azərbaycanda hakimiyyətin hər iki qolunda islahatlar aparılıb və bu davam etdiriləcək.

Yeni Azərbaycan Partiyasının da geniş şəkildə təmsil olunduğu parlamentin buraxılması xahişi ilə dövlətimizin başçısına müraciət olunması barədə qərar qəbul edib.

ABC.AZ xəbər verir ki, bunu Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov sözügedən məsələ ilə bağlı YAP-ın qərərgahında keçirilən mətbuat konfransında deyib.

Ə. Əhmədov qeyd edib ki, Prezidentin öz səlahiyyətindən istifadə edərək parlamenti buraxması islahatların daha səmərəli şəkildə aparılmasına töhfə verəcək.