Şamaxı Rayon İcra Hakimiyyətinə 7 milyon manat ayrıldı

17:00 - 28.11.2019


28 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Şamaxı rayonunda xidmət infrastrukturunun texniki təminatının gücləndirilməsi haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, Şamaxı rayonunda məişət tullantılarının daşınması və utilizasiyası, yolların təmizlənməsi, ictimai nəqliyyat xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi üçün texnika və avadanlıq alınması məqsədilə Şamaxı Rayon İcra Hakimiyyətinə 7milyon manatı ayrıldı.

 

Bütün xəbərlər