Maliyyə Bazarlarına Nəzarət Palatasından tender elanı – Sonuncu dəfə

10:31 - 29.11.2019


29 noyabr, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası sığortalanmış obyekt və subyektlərin vahid reyestrini yaratmaq üçün tender elan edib.

ABC.AZ xəbər verir ki, artıq ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının elanında tender sığortalanmış obyekt və subyektlərin vahid reyestrinin yaradılması xidmətinin satın alınmasını nəzərdə tutulur. Açıq tenderdə iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Xidmətin 12 ay müddətində (palatanın inzibati binasında) həyata keçirilməsi nəzərdə tutulur.

İddiaçılar təklifi 26 dekabr 2019-cu il tarixinədək təqdim etməlidirlər. İddiaçıların təklifləri 27 dekabr 2019-cu il saat 11.00-da açılacaqdır.

Qeyd edək ki, noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər