330x110
 

“AtaSığorta”nın yığımları azalıb - 2 milyon manatdan çox

29.11.2019,11:38


29 noyabr, Fineko/abc.az. “AtaSığorta” şirkətinin yığımları yenə azalıb.

ABC.AZ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 2019-cu ilin yanvar-oktyabr ayları üzrə açıqladığı hesabata istinadən xəbər verir ki, ötən ilin yanvar-oktyabr aylarında “AtaSığorta” tərəfindən 18 milyon 150 min 400 manat həcmində sığorta haqqı yığılıbsa, bu ilin analoji dövründə bu rəqəm 2 milyon 730 min 600 manat və ya 15% azalaraq 15  milyon 419 min 800 manat olub. Bu isə adıçəkilən şirkətin son bir illə müqayisədə yığımlarında azalma müşahidə olunduğunu göstərir.

Qeyd edək ki, yığımların azalması fonunda şirkətin bazar payı da azalır. Belə ki, son bir il ərzində “AtaSığorta”nın bazar payı 0,2 faiz bəndi azalaraq 2,7%-ə düşüb.

Müəllif: Elmir Murad