Dekbarda “Buta Airways” Lvova birbaşa reys açır

12:02 - 29.11.2019


29 noyabr, Fineko/abc.az. Dekabrın 23-dən “Buta Airways” Bakıdan Ukraynanın Lvov şəhərinə birbaşa uçuşlar həyata keçirəcək.

Bu barədə aviaşirkətin mətbuat xidmətindən məlumat verilib.

Bununlada, “Buta Airways”in Ukraynadakı istiqamətlərinin sayı 4-ə çatmış olacaq. “Buta Airways” artıq Kiyev, Xarkov və Odessaya uçuşlar həyata keçirir.

Qeyd olunur ki, Lvova uçuşlar bazar ertəsi və cümə axşamı yerinə yetiriləcək. Aviaşirkətin digər istiqamətləri kimi minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.

 

Bütün xəbərlər