"Bakutel" sərgisi 6 faiz genişlənib - Edvard Stron

11:17 - 2.12.2019


2 dekabr, Fineko/abc.az. Bu il "Bakutel" sərgisində 23 ölkədən 238 şirkət iştirak edəcək.

ABC.AZ xəbər verir ki, bunu "Bakutel 2019" sərgisi ilə bağlı keçirilən mətbuat konfransında "Caspian Event Organisers"-in region üzrə direktoru Edvard Stron  bildirib.

O qeyd edib ki, builki sərgi sahəsi 6 faiz artıb. E.Stron onlara bu işdə dəstək olan bütün təşkilatlara təşəkkür edərək sərginin maraqlı keçəcəyinə təminat verdi və gələcək əməkdaşlığa hər zaman hazır olduqlarını qeyd etdi.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər