POS-terminallarının sayı oktyabrda artsa da ötən illə müqayisədə azalıb - Hesabat

15:14 - 2.12.2019


2 dekabr, Fineko/abc.az. Ötən ay ərzində ticarət və xidmət müəssisələrində quraşdırılmış POS-terminallarının sayı da artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın bu ilin oktyabr ayı üçün açıqladığı statistikasında qeyd olunub.

Hesabata əsasən, oktyabr ayında post terminalların sayı 831 ədəd artaraq 65 min 608 ədədə çatıb. Müqayisə üçün qeyd edək ki, sentyabr ayının sonunda bu rəqəm 64 min 777 ədəd təşkil etmişdi. Bununla yanaşı ötən ilin sonu ilə müqayisədə (10 ay ərzində) POS-terminalların sayı 502 ədəd azdır. 2018-ci ilin sonunda POS terminalların sayı 66 min 110 ədəd təşkil etmişdi.

İyun ayının sonunda ticarət və xidmət müəssisələrində quraşdırılmış POS-terminalların sayı 63 min 396 ədədədək düşmüşdü. İyun – Oktyabr dövründə isə POS-terminalların sayı  2 min 212 ədəd artıb. Oktyabrda pərakəndə ticarət obyektlərində quraşdırılan POS-terminalların sayı 882 ədəd artaraq 64 min 219 ədədə çatıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər