Bugünədək nə qədər ipoteka krediti verilib? – Açıqlama

15:43 - 2.12.2019


2 dekabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

ABC.AZ Fonda istinadən xəbər verir ki,  qurumun xətti ilə dekabrın 1-nə verilmiş ipoteka kreditlərinin sayı – 27 min 677 olub.

Məbləğlərə gəlincə, Fond tərəfindən dekabrın 1-ə qədər 1 milyard 375 milyon 754 min 594 manatlıq ipoteka krediti verilib. Zəmanət verilmiş kreditlərin ümumi məbləği - 52 milyon 609 min manat olub. Fondun dövriyyədə olan istiqrazların ümumi məbləği 723 milyon 878 min AZN-dir. Fond tərəfindən bu ilin 11 ayında isə verilmiş ipoteka kreditlərinin sayı 2 min 452, məbləği 158,8 milyon manat təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər