Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına pul ayırdı – 20 milyon manatdan çox

15:57 - 2.12.2019


2 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatı məqsədilə 20 019 100 (iyirmi milyon on doqquz min yüz) manat Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrıldı.

 

 

Bütün xəbərlər