İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb

16:46 - 2.12.2019


2 dekabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı, istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin ödənilməsi nəzərdə tutulub.

Bu barədə Bakı Fond Birjası məlumat verib.

Qeyd olunur ki, İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, noyabrın 25-də AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, noyabrın 24-dən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 937.75 AZN təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 937.75 AZN məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 937.75 AZN olması nəzərə alınmalıdır.

 

 

Bütün xəbərlər