330x110
 

Neftin qiymətləri artır

03.12.2019,10:05


3 dekabr, Fineko/abc.az. OPEC ölkələrində istehsalın azalması haqqında xəbərlər neft qiymətlərinin artmasına səbəb oldu.

Bloomberg-in məlumatına görə, OPEC ölkələrində neft hasilatı noyabr ayında gündə 110 min barrel azalıb.

Dekabrın 2-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in fevral fyuçersi $0,43 (0,71%) artaraq bir barelə $60,92 təşkil etmişdir. Onun qiyməti saat 9:20-də $0,16 (0,26%) artaraq bir barelə $61,08 təşkil etmişdir.

NYMEX birjasında dekabrın 2-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi $0,79 (1,43%) artaraq bir barelə $55,96 təşkil etmişdir. Onun qiyməti  saat 9:20-də $0,21 (0,38%) artaraq bir barelə $56,17 təşkil etmişdir.