Yusif Abdullayev: On ayda Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsi 10 milyon dolları təşkil edib

11:27 - 3.12.2019


3 dekabr, Fineko/abc.az. Bugün Bakıda “Xəzər bölgəsinin təchizat zəncirinin Səudiyyə Ərəbistanına genişlənməsi imkanları”na dair tədbir keçirlir.

Tədbirdə iştriak edən, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifəsini əvəz edən Yusif Abdullayev bildirib ki, yanvar-oktyabr aylarında Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsi 10 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz çoxdur.

O, qeyd edib ki, ticarət dövriyyəsinin göstəricisi yüksək olmasa da, potensial var və bu rəqəmləri artırmaq mümkündür.

 

Bütün xəbərlər