On ayda Bakının ticarət dövriyyəsi 16 milyard manatdan çox olub

14:55 - 3.12.2019


3 dekabr, Fineko/abc.az. Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata əsasən, cari ilin yanvar-oktyabr aylarında paytaxtın ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % artaraq 16 milyard 929,3 milyon manat olub.

Qeyd olunur ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 % artaraq 7 milyard 748,2 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 3,9 % artaraq 9 milyard 181,1 milyon manata bərabər olub. İstehlak məhsullarının 28,6 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 48,1 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,3 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Bütün xəbərlər