Milli Məclis deputatlarının xarici səfərləri ləğv olunub

14:59 - 3.12.2019


 3 dekabr, Fineko/abc.az. Milli Məclis deputatlarının xarici səfərləri ləğv olunub.

Buna səbəb parlamentin buraxılması ilə bağlı gözləntilərin böyük olmasıdır. 

ATƏT Parlament Assambleyasının sabah Slovakiyada keçirilməsi nəzərdə tutulan büro iclasında və ATƏT-in Nazirlər Şurasının iclasında da Azərbaycandan olan nümayəndə heyəti iştirak etməyəcək. Həmin iclasda Milli Məclisin iki deputatının iştirakı nəzərdə tutulurdu.

 

© Report.az

Bütün xəbərlər